Moskvada miqrantların yoxlanılması başlandı - 400-ə yaxın əcnəbi... - VİDEO

Moskva hostelində axtarışlar aparılır, 400-ə yaxın əcnəbi yoxlanılır.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahının teleqram kanalında məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın cənub-qərbində yerləşən yataqxanada axtarışlar aparıb, 400-ə yaxın əcnəbi miqrasiya qanunlarına uyğunluğu yoxlanılır.
Ekstremist icmanın təşkili ilə bağlı aparılan cinayət işi çərçivəsində Novatorov küçəsində yerləşən “Üç Ulduz” MMC-nin yataqxanasında miqrasiya qanunvericiliyinin pozulması barədə məlumat əldə olunub.
Avqustun 9-da Moskva müstəntiqləri əməliyyat xidmətləri ilə birlikdə Rusiya Qvardiyasının hərbi dəstəyi ilə bu yataqxanada axtarış aparıblar.
“Obyektdə 441 nəfər müəyyən edilib, onlardan 391-i xarici ölkə vətəndaşıdır. Həmin şəxslər Moskva ərazisində miqrasiya qanunvericiliyinin, eləcə də digər hüquqpozmaların törədilməsinin mümkünlüyünü yoxlamaq üçün hüquq-mühafizə orqanlarına təhvil verilir”, - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...
