Moskva vilayətində elektrik qatarı yanıb - VİDEO
22
may
2024
19:13
Rusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.
Vaqonlardan biri Solneçnoqorsk yaxınlığında, Leninqrad istiqamətində, “Povarovo-1” stansiyasının yaxınlığında tüstülənməyə başlayıb.
Dərhal qatar dayandırılıb və sərnişinlər təxliyə edilib.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Xəttdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, yanğınsöndürənlər hadisə yerinə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...