Moody's: Bakı və İrəvan arasında iqtisadi inteqrasiya olmadan geosiyasi gərginlik yüksək olaraq qalacaq
Azərbaycanla Ermənistan arasında iqtisadi inteqrasiya olmadan geosiyasi gərginlik yüksək olaraq qalacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.
Agentliyin analitikləri hesab edirlər ki, davam edən sülh danışıqlarına baxmayaraq, Azərbaycanın Ermənistanla geosiyasi münasibətləri gərgin olaraq qalacaq:
“Hər iki tərəf hərbi potensialını artırır, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar baş verir. Bu da iki ölkə arasında hərbi münaqişə ilə bağlı vəziyyətin yenidən gərginləşməsi ehtimalının qaldığını göstərir”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...