Monteneqroda güclü zəlzələ - 4 ölkədə hiss olundu

Monteneqroda güclü zəlzələ - 4 ölkədə hiss olundu
Siyasət 4

Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerli vaxtla saat 04.06-da güclü zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı, episentrinin Niksiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.

Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib.

Zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.

Son xəbərlər