Yüzlərlə rusiyalı Monqolustanla sərhəddə körpü uçması nəticəsində yolda qalıb

Yüzlərlə rusiyalı Monqolustanla sərhəddə körpü uçması nəticəsində yolda qalıb
Siyasət 48

Körpünün uçması səbəbindən Monqolustanla sərhəddə yüzlərlə rusiyalı yaxın ərazidə yolda qalıb.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, A-333 avtomobil yolunda körpü uçub. Yerli Nəqliyyat Nazirliyindən verilən məlumata görə , leysan yağışlar nəticəsində körpü uçub. Körpü Baykal gölündən Monqolustanla sərhəd keçid məntəqəsinə qədər təxminən onlarla yaşayış məntəqəsini birləşdirirdi. Nəticədə, qonşu ölkəyə və Şumak dağ kurortuna səyahət edən yüzlərlə rus yolda qaldı.

Körpü yerli vaxtla saat 15:00 radələrində uçub. Səbəb kimi bir neçə gündür respublikaya yağan yağışlar göstərilir.

Nəqliyyat Nazirliyindən bildiriblər ki, ekspertlər keçid boyu nəqliyyatın hərəkətini bərpa etmək üçün körpüyə yaxınlaşmaları daşlı torpaqla doldurmağa hazırlaşırlar. Bu məqsədlə artıq çökmə yerinə xüsusi texnika göndərilib. Bərpa işlərinin nə qədər davam edəcəyi açıqlanmır.

Prokurorluq körpünün uçması ilə bağlı araşdırmaya başlayıb.

Son xəbərlər