Mollakratiyanın hələ delimitasiya olunmamış sərhədlərdəki "qırmızı xətti" - İRANIN İFŞASI - ŞƏRH - FOTO

Mollakratiyanın hələ delimitasiya olunmamış sərhədlərdəki qırmızı xətti - İRANIN İFŞASI - ŞƏRH - FOTO
Siyasət 230

"Azərbaycana münasibətdə mollakratiyanın sərgilədiyi rəzil, utanverici davranışlar İran rejiminin din və məzhəb üzərindən yürütdüyü siyasətin bütün niqablanmış konturlarını aşkara çıxardı".

Bu sözləri BAKU.WS-ə danışan politoloq Elçin Mirzəbəyli deyib.

Mollakratiyanın hələ delimitasiya olunmamış sərhədlərdəki

Onun sözlərinə görə, bu gün İranda baş verənlər həm də regionda cərəyan edən proseslərin vaakum effektidir. Dalğa genişlənir...

"Kimin nə və necə düşünməsindən asılı olmayaraq, 44 günlük müharibənin və Azərbaycan-Ermənsitan sərhədində baş verən son hadisələrin, həmçinin rejimin ölkəmizdəki tullantılarının iti qovan kimi qovulmasının bu ölkənin ictimai rəyinə ciddi təsir göstərdiyi qənaətindəyəm. Azərbaycan xalqının şərə qarşı mübarizədə nümayiş etdirdiyi misilsiz iradə və qətiyyət, qəhrəman igidlərimizin ölümə meydan oxumaları bütün dünyaya, o cümlədən qonşu İrana da işığın qaranlığı yenə biləcəyi mesajını verdi. Bütün bunlar İranda toplumsal olaraq dərk edilməsə də, ictimai rəyə ciddi emosional təsir göstərdiyi şübhəsizldir. Artıq mollakratiyanın “islam respublikası”nın guya əzilənlərin, zülmə, təcavüzə məruz qalanların “yanında yer aldığı” barədə nağıllara kimsəni inandırmaq mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş torpaqları təkcə Ermənistanın deyil, həm də İranın üz qarasıdır. Çünki bu torpaqların viran qoyulmasında, məscidlərin tövləyə çevrilməsində, ziyarətgahların dağıdılmasında, müsəlman azərbaycanlıların qəbirlərinin dağıdılmasında, təhqir olunmasında İranın Ermənistana verdiyi sonsuz dəstəyin də rolu az deyil.

Mollakratiyanın Azərbaycan xalqının öz torpaqlarının azad etməyə başladığı ilk gündən bu prosesin qarşısının alınmasına yönəlmiş açıq-aşkar davranışları, ölkəmizlə sərhəddə əzələ nümayiş etdirməsi, uzun illər boyu Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yumduğu və hətta işğalçıya hərtərəfli dəstək verdiyi halda, durmadan Ermənistanın hələ delimitasiya olunmamış sərhədlərini özünün “qırmızı xətti” sayması rejimin özünüifşasının apogeyi oldu... Hər şeyə müxtəlif yollarla həyasızcasına haqq qazandırmağa alışmış molla rejimi Azərbaycana münasibətdə sərgilənən və ifşa olunmuş siyasətinə bəhanə tapmaqda aciz görünür. Köhnə qrammafon valı kimi qırıldayır, amma səsini eşitdirə bilmir".

Politoloq onu da söylədi ki, İran rejimi artıq uzun illərdir ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün öz sərhədlərindən kənarda düşmən axtarışandadır:

"İraq, Fələstin, Suriya və Yəməndə burnu ovulub və son dirənişini nümayiş etdirir. Amma buna baxmayaraq, hələ də nəyin bahasına olursa-olsun subregional güc olduğunu təsdiqləməyə çalışır. Təfərrüatına varmayacağam, məşhur rus lətifəsində deyildiyi kimi, “bacarmır, amma istəyir”...Mollakratiyanın Azərbaycana yönəlik siyasətinin təməlində dayanan amillərin sayı isə bir qədər çoxdur. Yəni burada İranın “qırmızı xətti”, məsəli şərəfi olanlardan uzaq, LGBT bayrağını xatırladır. Bunun hər kəsə bəlli olanı, İran İslam Respublikası adlı müstəqil hüququn sərhədləri çərçivəsində, öz tarixi Vətənlərində yaşayan Azərbaycan, qaşqay, avşar, Xorasan, Xələc, Sunqur, Əbiverdi, qazax və özbək türkləri, həmçinin adı üstündə olan türkmənlərdir. Şübhəsiz ki, Tehran rejimini və onun parfarsist yönəticilərini İranın ən böyük xalqlarından biri olan Azərbaycan türklərinin milli şüurunda son illər ərzində baş verən sıçrayış və digər türk xalqlarının da bu xüsusda özgüvən hissinin yüksəlməsidir. Mollakratiya şimal sərhədlərində sekulyar inkişaf yolunu tutan və inkişaf etdirən, öz ayaqları üstündə möhkəm dayanan, güclü iqtisadiyyata və orduya malik Azərbaycan Respublikasının mövcudluğunu özünə ən böyük təhlükə sayır".

"Digər amil İranın qərbli ortaqlarıyla, əsasən vahid mövqedən çıxış etdiyi “erməni məsələsi” və Ermənistan faktorudur. İndi İran Ermənistana itirilmiş mövqelərinin, həm də erməni diasporu və lobbisinin, dolayısıyla isə Qərbin dəstəyi ilə bərpa edilməsinə xidmət edən “həyat yolu” kimi baxır. Bu xüsusda Azərbaycan-Türkiyə ittifaqını, türk dövlətlərinin inteqrasiyası və vahid platformadan çıxış etmə perspektivini, eləcə də Avrasiyada formalaşmaqda olan yeni etnososial münasibətlər amilini və şübhəsiz ki, bölgədə maraqlarını, yaxın perspektivdə və ən yaxşı halda İranın prinsipial iştirakı olmadan Türkiyə və Azərbaycanla uzlaşdıra biləcək Rusiya faktorunu da nəzərə almaq lazımdır.İran rejiminin ən böyük problemi odur ki, o, özündən asılı olmayan proseslərin içərisində yer alaraq, təhlükəsizliyini təmin etmək əvəzinə, bu proseslərə mane olmağa, kəsəsi, tarixi reallıqların diqtə etdiyi geosiyasi təkamülün qarşısını almağa çalışır. Bu isə, öz növbəsində əks reaksiyaların daha qabarıq şəkildə özünü büruzə verməsinə zəmin yaradır. Proseslərin inkişaf perspektivləri isə İran rejiminin ən qısa zaman ərzində indikindən daha kəskin reallıqlarla qarşılaşa biləcəyini ortaya qoyur", - deyə E.Mirzəbəyli İran xislətindən danışarkən bir daha vurğuladı.

Son xəbərlər