MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
13
okt
2024
15:57
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixindən 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əli...