MN: Səfərbərlikdən tərxis edilən 1 953 nəfərin müraciətləri qeydə alınıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Bu barədə BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1 751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiya tərəfindən həftə ərzində cəmi 1 953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.
Oxşar xəbərlər
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradılıb
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirin...