MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.
BAKU.WS-in məlumatına görə, Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...