MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır".
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Ali Sovetin sədri Yaqub Məmmədovun 1992-ci ildə Şuşanın işğalı ilə bağlı xalqa MÜRACİƏTİ
1992-ci il mayın 12-də Azərbaycan Ali Sovetinin Sədrinin AzTV-nin canlı efirindəki çıxışı… 30 ilə yaxın idi ki, 8 may qədim Azərbaycan şəhəri Şuşanın erməni sil...