MN: Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur
10
okt
2020
13:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur. Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Ağdərənin işğalından 27 il ötür
Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür. BAKU.WS xəbər verir ki, iyirmi yeddi il əvvəl –1993-cü il iyulun 7-...