MMA üzrə Dünya və Avropa çempionumuzun Qarabağdakı görüntüləri - VİDEO

Qarışıq döyüş növləri (MMA) üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olan Tofiq Musayevin Qarabağdakı videosu yayılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə Azərbaycan ordusunun zabitinin qarlı havada yol getməsi öz əksini tapıb.
Qeyd edək ki, məşhur idmançı 29 sentyabrda könüllü olaraq cəbhəyə yollanıb.
Tofiq Musayev "Orion Fight Club"ın üzvüdür. 1989-cu ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olan T.Musayev 12 yaşından karate ilə məşğul olmağa başlayıb və 23 yaşında peşəkar döyüş sənətində debüt edib.
2007-2011 İdman Akademiyasını bitirib. Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub.
“TurStat”ın hesablamalarına görə, 2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasında Tofiq Musayevin də adı var. MMA karyerası ərzində Musayev 18 qələbə qazanıb.
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...
