Mixail Mişustin Əli Əsədova zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
Əli Əsədov fevralın 16-da Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Əli Əsədova zəng edib.
M.Mişustin Ə.Əsədovu parlament tərəfindən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...