Misirli jurnalist: “Ermənilər Gəncədəki dağıntıları məqsədyönlü şəkildə həyata keçirib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənilər Gəncədəki dağıntıları məqsədyönlü şəkildə həyata keçiriblər”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Misirin MENA agentliyinin əməkdaşı Ahmed Bahaa Gəncədə jurnalistlərə açıqlamasında bildirib.
O, Gəncəyə səfəri çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı baş verən bir çox dağıntıların şahidi olduğunu da xatırladıb:
“Gördüklərim mənə böyük təsir etdi. Çünki bu dağıntılarda mülki vətəndaşlar həlak olub. Qadınlar və uşaqlar vəfat edib. Müharibələr zamanı həmişə qurbanlar olur. Amma bu qurbanlar qadın və uşaqlar olanda insana pis təsir edir. Bu dağıntılar onu göstərir ki, ermənilər bunu məqsədyönlü şəkildə həyata keçirib. Onların əsas məqsədi əhalinin məskunlaşdığı yeri dağıtmaq və insanları qorxutmaq olub”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...