Misirdə “Gülən Sfinks” tapıldı - FOTO

Misirdə “Gülən Sfinks” tapıldı - FOTO
Siyasət 253

Misirdə 20 metr hündürlüyü olan Sfinks heykəlinin (insan başlı şir formasında heykəl) oxşarı tapılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aparılan arxeoloji qazıntılar zamanı çiy kərpicdən olan Bizans hövzəsi aşkar edilib. Həmin hövzədə isə əhəngdaşı ilə oyulmuş “Gülən Sfinks” tapılıb.

Misirdə “Gülən Sfinks” tapıldı - FOTO

Arxeoloqlar bildiriblər ki, kiçik heykəlin gülər siması və digər əlamətləri kralın üz xüsusiyyətlərinə malik olduğunu göstərir.

“Gülən Sfinks”in Roma imperatoru Klavdiyə aid ola biləcəyi ehtimal edilir.

Misirdə “Gülən Sfinks” tapıldı - FOTO

Son xəbərlər