Mirzoyan və Kombos Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair sazişləri müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kiprin xarici işlər naziri Konstantinos Kombos Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunan razılaşmaları müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Telefon danışığı zamanı həmsöhbətlər regional məsələlərə toxunublar. Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunmuş əsas razılaşmaları təqdim edib", - nazirlikdən qeyd edilib.
Nazirlər həmçinin gələn ilin birinci yarısında Kiprin Aİ Şurasına sədrliyi nəzərə alınmaqla, Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan hərbi nümayəndə heyəti NATO-nun Müdafiə Kollecində olub
Azərbaycan Milli Müdafiə Universitetinin nümayəndə heyəti NATO-nun Müdafiə Kollecində olub. BAKU.WS xəbər verir ki, bu barədə NATO Müdafiə Kollecinin "X" hesabı...