Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
Birgə Bəyannamənin imzalanması və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması təkcə sabitliyi təmin etmir, həm də yeni iqtisadi və ticarət imkanları təmin edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda "Lissabondan İrəvana: Avropanın daha geniş qonşuluq strategiyasına baxış" adlı yüksək səviyyəli müzakirələrdə deyib.
"Təsəvvür edin ki, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunan zaman bu, təkcə dünyanın bu hissəsi üçün deyil, daha geniş region üçün, o cümlədən Aİ üçün də əhəmiyyətli olacaq. Amma bu, son hədd deyil. Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə öz suverenliyini gücləndirməyə, digər böyük paytaxtlardan asılılığı azaltmağa və bizə, məsələn, konkret xarici siyasət yürütməyə imkan verəcək", - Mirzoyan bildirib.
Oxşar xəbərlər
Vuçiç "ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirəcək"
ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirəcək. BAKU.WS xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç "Pink TV" telekanalına verdiyi açıqlamada bildirib...