Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
Özbəkistan bundan sonra da Azərbaycanın Qarabağ regionunun inkişafına köməklik göstərməyə hazırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
O vurğulayıb ki, Qarabağda sürətli şəkildə genişmiqyaslı quruculuq işləri həyata keçirilir:
"Sizin rəhbərliyinizlə (Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək - red.) Azərbaycan ərazisində, xüsusən də Qarabağda sürətli templərlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində evlər bərpa edilib. Şadam ki, yeni yaşayış kompleksləri, müasir obyektlər, infrastrukturlar inşa edilir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib işə həmişə öz töhfəsini verməyə hazırdır".
Oxşar xəbərlər
Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir
Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati WUF tarixində ilk dəfə Bakıd...