Mirşahin Ləman Ələşrəfqızı ilə yollarını ayırdı

“REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.
BAKU.WS-in qafqazinfo-ya istinadən verdiyi məlumata görə, tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:
“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”.
Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.
Oxşar xəbərlər
Nəticələrlə bağlı şikayət edilən seçki dairələrinin TAM SİYAHISI
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələri ilə bağlı müraciətlərə baxılacaq. B...
