Minsk qrupu Azərbaycan-Ermənistan sülh danışıqlarına cəlb olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Azərbaycanla sülh danışıqlarında vasitəçilik etməsi üçün yaxın vaxtlarda ATƏT-in Minsk Qrupuna müraciət edə bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”-ə bildirib.
“Sənəd imzalanması üçün təbii ki, danışıqlar prosesi getməlidir. Hər iki tərəfdən səslənən bəyanatlar danışıqları prosesinə keçmədiyindən və iki ölkənin birbaşa danışıqlar aparmaq təcrübəsi olmadığından Ermənistan sülh danışıqlarının başlanmasına yardım göstərməsi üçün yəqin ki, yaxın vaxtlarda ATƏT-in Minsk Qrupu həmsədrliyinə müraciət edəcək”, - deyə XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...