Milli Məclisin sədrindən slovakiyalı parlamentarilər ÇAĞIRIŞ: Xocalı qətliamını tanıyın

Milli Məclisin sədrindən slovakiyalı parlamentarilər ÇAĞIRIŞ: Xocalı qətliamını tanıyın
Siyasət 75

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşü zamanı Xocalı Soyqırımı haqqında məlumat verib.

BAKU.WS-in məlumatına görə, S.Qafarova gələn il Azərbaycanda Xocalı Soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdırıb və xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törədərək 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb. 8 ailə tamamilə məhv edilib. Bu insanlar yalnız etnik mənsubiyyətinə görə öldürülüb və işgəncəyə məruz qalıblar.

Spiker artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladaraq ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.

Son xəbərlər