Milli Məclisin ilk iclası nə vaxt olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
"Milli Məclisə yeddinci çağırış növbədənkənar seçkilər elan olunduqdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən təqvim Planı təsdiq edilib. Həmin təqvim planına əsasən, seçki keçirildikdən 20 gün sonra (22 sentyabradək) Mərkəzi Seçki Komissiyası (MSK) seçki nəticələrini yoxlayıb və təsdiq edib Konstitusiya Məhkəməsinə təqdim etməlidir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
O əlavə edib ki, Konstitusiya Məhkəməsi 10 gün ərzində (xüsusi hallarda bu müddət uzadıla bilər) MSK-nın təqdim etdiyi nəticələrə baxaraq məhz yekun qərar qəbul edəcək: "Konstitusiya Məhkəməsi qərar qəbul etdikdən sonra yeddinci çağırış Milli Məclisin ilk iclasının keçirilməsi mümkün olacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...