Milli Məclisin iclası başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 19 məsələ daxil edilib.
İclasda əvvəlcə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələyə baxılacaq.
Daha sonra isə “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...