Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcəklər

04
apr
2020
16:14
Nazirlər Kabineti tərəfindən elan edilən karantin rejimində hansı şəxslərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələri ilə bağlı siyahı hazırlanıb.
BAKU.WS xəbərinə görə, həmin siyahıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları da var.
Aprelin 5-sən etibarən həm deputatlar, həm də Milli Məclis Aparatının əməkdaşları xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında sərbəst hərəkət edə biləcəklər.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...