Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu
30
apr
2025
17:54
Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" məsələ daxil edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.
Qeyd edək ki, "Prokurorluq haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.
Oxşar xəbərlər
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...