Milli Məclisdə Qarabağ münaqişəsinin həlli ilə bağlı iclaslar keçirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil. Həmişə Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ermənilər prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarşı bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin:
“Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.
Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb: “Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk Qrupunu bununla bağlı münasibətini bildirməyə çağırırıq. Azərbaycan güclü dövlətdir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.
S.Seyidov Xarci İşlər Nazirliyinin nümayədələrinin dəvət edilərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövzuda parlamentin komitələrində iclasların keçirilməsini də təklif edib.
Spiker Sahibə Qafarova Komitə sədrinin təklifinin nəzərə alınacağını bildirib.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...