Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb
Milli Məclis 15 iyun - Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı təklifi Milli Məclisin spikeri Sahibə Qafarova parlamanetin növbədənkənar iclasında səsləndirib.
Spiker bildirib ki, dövlətimiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi. Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi".
Spiker qeyd edib ki, Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
"Torpaqlarımızın 30 illik işğalına son qoyulmazı, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyində 10 məsələ var. İclasa parlam...