Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif verilib.
BAKU.WS xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:
"Təklif edirəm ki, doğum günü münasibəti ilə Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlansın. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq".
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...