Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.
Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
***11:37
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərarı qəbul edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Bununla bağlı iclasda Qərarın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur.
Oxşar xəbərlər
Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb
Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə b...