Mikayıl Cabbarov: Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsi hesabında etdiyi paylaşımda bildirib.
"Ümummilli Lider Heydər Əliyev Vətənə olan sonsuz sevgisi, müdrikliyi və fədakar fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirən, dövlətçilik institutlarını formalaşdıran və ölkənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən böyük liderdir", - nazir qeyd edib.
O, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı növbəti videoçarx paylaşılıb. BAKU.WS xəbər verir ki, paylaşımda deyil...