Mikayıl Cabbarov: “İsraildə səfirliyinin təsis edilməsi əməkdaşlığı genişləndirəcək” - FOTO

Mikayıl Cabbarov: “İsraildə səfirliyinin təsis edilməsi əməkdaşlığı genişləndirəcək” - FOTO
Siyasət 48

Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında paylaşım edib.

“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”, - paylaşımda bildirilir.

Son xəbərlər