Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Litvanın "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Görüşdə ölkəmizin əlverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışdıq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında həyata keçirilən mebel klasteri layihəsi və əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələr apardıq".
Litvanın "Dominari" şirkətinin nümayəndələri ilə görüşməkdən məmnun olduq. Ölkəmizin əlverişli #biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışdıq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin #investisiya potensialı, şirkət tərəfindən… pic.twitter.com/htX0tYRwiR
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 19, 2025
Oxşar xəbərlər
Ermənistan və İran XİN rəhbərləri regional prosesləri müzakirə edib
Avqustun 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkiyanın nümayəndə heyətinin tərkibində İrəvana gələn iranlı həmkarı S...