“Microsoft” Rusiya ərazisindən “Windows”u yükləməyi qadağan etdi
19
iyn
2022
16:53
ABŞ-ın “Microsoft” korporasiyası Rusiya Federasiyasından olan istifadəçilərə öz rəsmi saytından “Windows” 10 və 11 əməliyyat sistemlərini yükləməyi qadağan edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Rusiya ərazisindən adıçəkilən əməliyyat sistemlərini yükləməyə cəhd etdikdə Amerika şirkətinin saytında “Sorğunuzla bağlı problem yarandı” mesajı ekrana çıxır.
Həmçinin, Rusiyadan olan istifadəçilər əməliyyat sisteminin quraşdırılma köməkçisi olan “Media Creation Tool” yardım proqramını da yükləyə bilmirlər.
Oxşar xəbərlər
Rusiyadan olan bəzi istifadəçilər üçün “Chrome” yenilənməsi dayandı - FOTO
“Chrome” brauzeri Rusiyadan olan istifadəçilər üçün “Android” əməliyyat sistemində yeniləməni dayandırıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, istifadəçi...