Okan Meydan son fotosunu çəkdikdən sonra öldü - VİDEO

Okan Meydan son fotosunu çəkdikdən sonra öldü - VİDEO
Video
Siyasət 189

Türkiyənin Denizli bölgəsində 30 yaşlı fotoqraf Okan Meydan bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS xəbər verir ki, o dostları ilə birlikdə kvadrosikl sürmək üçün Bağbaşı yaylasına çıxıb.

Daha sonra Okanın dostları, şəhər mərkəzinə qayıdıb. Lakin Okandan bir xəbər çıxmayıb.

Dostları birlikdə gəzdikləri əraziyə qayıdıb və Okanı axtarmağa başlayıblar.

Onun uçurumdan aşağı yuvarlandığını müəyyən ediblər.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Okanın öldüyü müəyyən edilib. Onun cəsədi ekspertiza üçün Pamukkale universitenin xəstəxanasının morquna aparılıb.

Meydandan geriyə isə onun bədbəxt hadisədən 2 saat əvvəl çəkdiyi fotosu qaldı. O sözügedən şəkili sosial media hesabında paylaşıbmış.

Son xəbərlər