Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib - FOTO
17
may
2019
19:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.Şuradan BAKU.WS-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın “Baku.WS” xəbər portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ baxılmamış saxlanılıb.İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun “Milletinsesi.info”, “Teref.az” və “Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.Müzakirə edilən növbəti məsələ Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyevin “Milliyol.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayəti olub. Şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəlinib.Ağdaş rayon sakini, fərdi sahibkar Məhəmməd Əliyevin “Media-Press.org” saytı barədə şikayətində ciddi ittihamlar yer aldığından və sayt təmsilçisi hərəkətləri barədə arqumentlər təqdim etmədiyindən, məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.
Qalereya
Oxşar xəbərlər
Bakı Meriyasının daha bir şöbə müdiri vəzifədən azad edildi
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.BAKU.WS “re...