Məşhur müğənni 80 yaşında xərçəngdən öldü - FOTO/VİDEO

Fransalı müğənni Françoiz Hardi 80 yaşında həyatını itirib.
BAKU.WS xəbər verir ki, 1960-cı illərin məşhur sənətçisi 2004-cü ildən xərçənglə mübarizə aparıb.

Bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Françoizin vəfatı barədə oğlu Tomas Dutronk məlumat yayıb. O sosial şəbəkə hesabında "Anam getdi" sözlərini yazaraq ifaçının vəfat edtiyini bildirib.
Xatırladaq ki, Françoiz Hardi karyerasına 1962-ci ildə start verib. O “Tous les garçons et les filles” adlı mahnısı ilə qəlblərdə taxt qurub. Bu günə qədər Rollinq Stoun-dan Mik Caqqer, Bob Dilan, Patrik Modiano kimi tanınmışlarla iş birliyi edib.

Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
