Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin, sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Qərara görə, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.
Oxşar xəbərlər
Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir"
Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir H...