Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb
16
iyl
2019
16:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akademiyasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.BAKU.WS report-a istinadən xəbər verir ki, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Oxşar xəbərlər
Elçin Quliyev təcili olaraq Ermənistanla sərhəddə gedib – FOTO
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsi...