Merefa şəhəri atəşə tutuldu: Çox sayda ölən və yaralanan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xarkov vilayətinin Merefa şəhərinin rusiyalı hərbçilər atəşə tutulması nəticəsində 21 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti “Facebook”da məlumat yayıb.
Məlumatına görə, martın 17-də Rusiya hərbçiləri şəhəri artilleriya vasitələrindən atəşə tutub. Nəticədə ümumtəhsil məktəbi və şəhər mədəniyyət evi dağıdılıb.
“21 nəfər həlak olub. 25 nəfər yaralanıb, Onlardan 10-nun vəziyyəti ağırdır. Dağıntıların təmizlənməsi üzrə işlər davam etdirilir”, - məlumatda deyilir.
Artıq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...