Mərasimə qatılan 13 nəfər günvurmadan öldü

Mərasimə qatılan 13 nəfər günvurmadan öldü
Siyasət 101

Hindistanın Maharaştra əyalətində mərasimə qatılan 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bölgədə havanın temperaturu 38 dərəcədən 43 dərəcəyədək yüksəlib.

Məlumata görə ölənlərin 9-u qadın olmaqla 30-64 yaş arası şəxslərdir.

İstidən əziyyət çəkən və xəstəxanaya yerləşdirilən 20-dən çox insandan səkkizinin isə müalicəsi davam etdirilir.

Navi Mumbay polisinin verdiyi açıqlamada tədbirdə izdiham olmadığı vurğulanıb.

Son xəbərlər