Meksikada həbsxanaya hücum nəticəsində ölənlərin sayı 17-yə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikanın şimalındakı Çihuahua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17-yə çatıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə region prokurorluğunun ictimaiyyətə açıqlamasında bildirilib.
Hücum iştirakçılarının köməyi ilə 20-dən çox məhbus qaça bilib.
“10 gözətçi və yeddi məhbus həlak olub, daha üç işçi və 10 məhkum yaralanıb”, - açıqlamada qeyd olunub.
Nəzarət orqanının məlumatına görə, 27 nəfər cəzaçəkmə müəssisəsindən qaçıb, lakin sonradan Müdafiə Nazirliyi onların 25 nəfər olduğunu bildirib. Onların arasında bir neçə xüsusilə ağır cinayətlər törətmiş “Meşikles” bandasının liderlərindən biri də olub.
Qeyd edək ki, daha öncə prokurorluq 10 təhlükəsizlik işçisi və 4 məhbusun ölümü barədə məlumat vermişdi.
Oxşar xəbərlər
Meksikanın keçmiş prezidenti Luis Alvares 101 yaşında vəfat edib
Meksikanın keçmiş prezidenti Luis Eçeverria Alvares 101 yaşında vəfat edib. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Meksikanın hazırkı prezidenti Andre...