Mehriban Sadıqova istefaya göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib”.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.
Bildirilib ki, Mehriban Sadıqova qurumun bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.
Belə ki, təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi şəkildə tərk edəcəklər.
Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir, təşkilat üzvləri tərəfindən tələb edilirdi.
Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb. Məsələni dəqiqləşdirmək üçün Modern.az Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət edib.
Komitədən məlumatı təsdiqləyiblər.
Oxşar xəbərlər
Mehriban Əliyeva Matviyenko ilə şam yeməyində - FOTOLAR
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir. BAKU.WS xəbər verir ki, noyabrın 22-də Mehriban Əliyeva və Rusiya Federal Məc...