Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Əli Behişti ilə bağlı qərar verdi
![Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Əli Behişti ilə bağlı qərar verdi](https://baku.ws/storage/photos/uploads/thumbs/large/dAuLraF5oXZ5w01C6uIaeLb5ZwXjWwZuxhisBH4Y.webp)
Dövlətə xəyanətdə təqsirləndirilən hacı Əli Əliyevin (Behişti) barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərarə əsasən, kassasiya şikayəti təmin olunmayıb, hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, 2023-cü il aprelin 6-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Əli Əliyev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb. Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
Oxşar xəbərlər
Təxribat və inqilabların himayədarı – iç üzü açılan USAID hər yerdən qovulur
Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID çətin günlərini yaşayır. Donald Tramp admi...
![](/images/banners/placeholder_home_right_az.jpg)