Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı QƏRAR VERDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bəxtiyar Hacıyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Bəxtiyar Hacıyevin vəkilinin verdiyi vəsatət rədd edilib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Məhkəmə qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...