Mədət Quliyev Şuşadakı ilk beynəlxalq turnirin qalibinə ev bağışladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.
Mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.
Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.
Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.
Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar.
Tədbir Yallı rəqsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...