Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət Nazirliyində növbəti təyinat baş tutub.
BAKU.WS xəbər verir ki, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Cəfərli Azad Məhyəddin oğlu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Həmçinin, Dövlət Xidmətinin rəisi vəzifəsinin səlahiyyətləri Azad Cəfərliyə həvalə edilib.
Qeyd edək ki, A. Cəfərli son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...