MDB dövlət başçılarının Soçi sammitində 18 sənəd imzalanıb - FOTO
11
okt
2017
19:26
Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər.Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. Sammitdə çıxış edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının fəaliyyətindən, Rusiyanın quruma sədrlik etdiyi müddətdə görülən işlərdən danışıb. Sonda MDB liderləri sammitin yekunu olaraq müzakirə olunan məsələlərlə bağlı 18 sənəd imzalayıblar. Bu sənədlərə "MDB-nin sədrliyi haqqında" qərar, "MDB dövlət başçılarının növbəti sammitinin keçirilməsi haqqında protokol qərarı", "MDB-nin İcraiyyə Komitəsinin sədri haqqında" qərar, "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" 2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması haqqında" və digər qərarlar daxildir. Qeyd edək ki, MDB ölkə liderlərinin sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Rusiyaya getdi (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhər...