Maykl Doran: “Azərbaycanlıların erməniləri Qarabağdan sıxışdırıb çıxarmasına dair heç bir sübut yoxdur” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanlıların erməniləri Qarabağdan sıxışdırıb çıxarması ilə bağlı heç bir sübut yoxdur”.
Bu barədə ABŞ-nin Hudzon İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “X” sosial şəbəkəsində yazıb.
“Bu, ermənilərin könüllü köçüdür, etnik təmizləmə deyil. Etnik təmizləmə ermənilərin Birinci Qarabağ müharibəsi zamanı uşaqları, qocaları qətlə yetirmələridir”, - ekspert vurğulayıb.
Onun fikrincə, 2020-ci ilin noyabrında müharibədə qələbə qazandığı andan Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpası qaçılmaz olub:
“Beynəlxalq hüquq və əsas oyunçular - ABŞ, Rusiya, Türkiyə Qarabağı Azərbaycanın ərazisi hesab edirlər”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...