Mayk Pompeodan Qarabağ AÇIQLAMASI
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə sadiq qalır”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat brifinqində deyib:
“Biz tərəfləri atəşkəslə bağlı götürdüyü öhdəliklərə sadiq qalmağa və mülki əraziləri hədəf almamağa çağırırıq. Bu sabah mən Prezident Trampla bu vəziyyət barədə danışdım. Baş verənləri yaxından izləyirik. ABŞ digər ölkələr kimi tərəflər arasında atəşkəsin bərpası ilə bağlı çağırış edib. Biz mülki itkilərlə ağlı məlumatlar əldə etdik. Diplomatik imkanlardan istifadə edirik ki, atəşkəs əldə edilsin və münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunsun”.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...