Mayın 1-də yeni Baş prokurorun kimliyi bilinəcək
29
apr
2020
22:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Oxşar xəbərlər
Milli Məclisdə komitələrin üzvləri məlum oldu - SİYAHI
Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub. BAKU.WS xəbər verir ki, yığıncaqda Milli Məclisin Hüquq siyasəti...